EN

Dağıstanda milyonlarla dollar zərər vuran mədən ferması aşkarlanıb

Mahaçqalada elektrik şəbəkəsinə qeyri-qanuni qoşulmuş iri mədən ferması aşkar edilib və onun fəaliyyətindən dəyən ziyan 180 milyon rublu ötüb...

Poliqon xəbər verir ki, bu barədə “Dagenergo”nun direktoru vəzifəsini icra edən Arsen Hacıyev öz Telegram kanalında məlumat verib.

“Mahaçqalada daha bir əhəmiyyətli kriptoferma aşkar edilib.Onun sahibi qeyri-qanuni şəkildə şəbəkəyə qoşulub, vətəndaşların elektrik enerjisini oğurlayıb. Oğurlanmış elektrik enerjisinin həcmi 27 milyon kilovat-saatı ötüb. Bu fəaliyyətdən dəymiş ziyan 180 milyon rubldan artıqdır”, Hacıyev qeyd edib.

O, əlavə edib ki, ferma kriptovalyutaların çıxarılması üçün 408 cihazdan ibarət olub. İş materialları hüquq-mühafizə orqanlarına təhvil verilib.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources