EN

Müvafiq tələblərə cavab verməyən tutumlardan istifadə edilməməlidir

Hər bir hüquqi və fiziki şəxs tullantıların növlər üzrə xüsusi tutumlarda yığılmasını təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda əksini tapıb.

Müvafiq tələblərə cavab verməyən tutumlardan istifadə edilməməlidir. İstehsalat tullantılarının (təhlükəli və təhlükəsiz) və təkrar xammalın məişət tullantıları üçün nəzərdə tutulmuş tutulmalarda yerləşdirilməsinə yol verilmir. Tullantıların tutumlarda yığılması zamanı onların daşmasına və ətrafa səpələnməsinə yol verilməməlidir. Tullantılar ancaq onlar üçün nəzərdə tutulmuş tutumlarda müvəqqəti saxlanılmalıdır. Tullantıların tutumlar qoyulmuş meydançadan kənarda yerləşdirilməsinə, yandırılmasına yol verilmir. Əkin sahəsi və bostanlarda bərk və maye məişət tullantılarının yerləşdirilməsi yolverilməzdir.

Tullantıların tutumlarda müvəqqəti saxlanılması zamanı onların çürüməsinə yol verilməməlidir. Buna görə də tullantılar bir gündən çox qalmamalı, yəni hər gün daşınmalıdır. Metal tutumlar müntəzəm olaraq yuyulmalı və dezinfeksiya edilməli (“dəyişilməz” sistemində 10 gün müddətində bir dəfədən az olmamaq şərtilə, “dəyişilən” sistemdə-boşaldıqdan sonra), taxta tutumlar isə hər dəfə boşaldıqdan sonra dezinfeksiya olunmalıdır.

Chosen
19
heftelik.az

1Sources