EN

Türkiyədə məktəbli qız tualetdə doğuş edib körpəni unitaza atdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə 15 yaşlı qız Torpaq Müfəttişliyinin tualetində dünyaya gətirdiyi uşağı unitaza atıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haberturk.com" məlumat yayıb.
Hadisə Balıkesirdə baş verib. Müəssisənin tualetində yeni doğulmuş oğlan uşağını aşkar edən bir kişi dərhal təmizlikçi qadına xəbər verib. İşçilər uşağı çıxararaq polisə müraciət ediblər.
Polis kamera görüntüləri ilə tanış olduqdan sonra məlum olub ki, körpəni atası və nənəsi ilə birgə idarəyə gələn 15 yaşlı qız tualetdə dünyaya gətirib. Ailə binaya çatanda yenidoğulmuş körpə onların yanında olmayıb.
Hadisədən sonra gənc ana, qızın atası və nənəsi saxlanılıb.
Körpə hazırda xəstəxanadadır və ona bütün lazımi yardımlar göstərilir.
Chosen
18
50
oxu.az

10Sources