EN

Tesla ilk dəfə Audi-ni geridə qoyub

Tesla keçən il 1,79 milyon ədəd avtomobil sataraq 1,67 milyon ədəd avtomobil satan Audi-ni geridə qoyub.

Marja xəbər verir ki, Audi də Avropa və Çində zəif tələbatla mübarizə aparır. Audi-nin satışı 2024-cü ildə əvvəlki ilə nisbətən 12% azalaraq 1,67 milyon avtomobil təşkil edib.

Audi-nin elektrikli avtomobil satışları 8 faiz azalıb. Tesla da problemlərlə üzləşib, ilk dəfə şirkətin tədarükləri illik müqayisədə azalıb. 

Tesla dünya üzrə 1,79 milyon ədəd avtomobil satdığını açıqlayıb. 2024-cü ildə elektrik nəqliyyat vasitələrinin istehsalında əsas rəqibini - Çin şirkəti BYD-ni cüzi fərqlə geridə qoyub.

Bloomberg qeyd edir ki, Alman avtomobil sənayesi hökumət subsidiyalarının kəsilməsi, Çin və Avropa premium avtomobillərinə zəif tələbat fonunda ciddi problemlərlə üzləşir.

Chosen
22
marja.az

1Sources