Xəbər verdiyimiz kimi, ABŞ-ın Los-Anceles şəhərində 40 min hektardan çox ərazidəki yanğının minlərlə ev və infrasturkturu külə çevirməsi ətrafında müxtəlif ehtimallar və sabotaj iddiaları haqda söz-söhbətlər də yaranıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yanğınların sömndürülməsi üçün nəzərdə tutularaq tikilən siu anbarlarının boş, yarımçıq və nəəng anbarlardan birinin isə qaalı olması belə şübhələri daha da böyüdüb.
Məlumata gərə, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri və ətrafında davam edən meşə yanğınlarının söndürülməsi üçün istifadə edilməli olan su anbarlarının bəziləri isə yanğındanaz əvvəl təmirə bağlanıb: "Təxminən 117 milyon gallon su saxlayan və şəhərin su infrastrukturu üçün mühüm əhəmiyyət kəsb edən Santa Ynez Su Anbarı meşə yanğınları başlayan ərəfədə şübhəli şəkildə bağlanıb və bu, yanğınlarla mübarizədə müstəsna çətinlikləri daha da artırıb. Üstəlik, Sakit Okean Palisades bölgəsindəki 1 milyon gallonluq üç su çəninin də yarımçıq olması diqqəti təxribata çəkir. Çünki isti və quraq mövsümlərdə meşə yanğınlarının tez-tez baş verdiyi Los-Ancelesdə su təchizatının belə vəziyyətdə olması başqa cür düşünməyə imkan vermir".
Məlumata görə, sabotaj ehtimalını yanğında evini itirən aktyor Mel Gibson da qabardıb. O, bu qorxulu hadisənin arxasında insan əlinin gizləndiyinə diqqəti çəkib: "Mən hər cür qorxulu nəzəriyyələr, sabotajlar və daha çoxu iddialar səsləndirə bilərəm. Su çatışmazlığı, külək şərtləri və bəzi insanların məsuliyyətsizliyi və ya yanğında maraqlı olma istəkləri məni dəhşətə gətirir. Doğrudan düşünməyə başlayırsan ki, burada bir məqsədi varmı?: Bu nə ola bilər? Nə istəyirlər? Burada boş bir ərazimi? Bilmirəm".
Lamiyə Əhmədli
MİA.AZ