EN

Makronun reytinqində antirekord...

Fransa prezidenti Emmanuel Makronun reytinqi yeni antirekord vurub.

Modern.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi Ipsos mərkəzinin keçirdiyi sorğulara istinadən yazıb.

Məlumata görə, 2024-cü ilin noyabrında keçirilən sorğunun nəticələri ilə müqayisədə Makronun reytinqi iki faiz bəndi azalaraq 21 faizə çatıb. Bu, 2018-ci ildə Fransanın "sarı jiletlilər"in etirazları ilə sarsıldığı zaman hazırkı Fransa prezidentinin malik olduğu ən aşağı 20 faizlik təsdiq reytinqinə yaxınlaşır. 2024-cü ilin iyun ayında o, növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan etdikdən sonra reytinqi 12 faiz aşağı düşüb.

Həmin seçkilər məlum olduğu kimi, Fransa parlamentində dərin fikir ayrılığı və büdcə planlaması məsələsində çıxılmaz vəziyyət yaratmışdı. Bundan əlavə, agentlik qeyd edir ki, Fransanın yeni baş naziri Fransua Bayru Makronun təyin etdiyi 6 baş nazir arasında ən aşağı göstərici olan 20 faiz bəyənmə reytinqi ilə vəzifəyə başlayıb.

Fransa siyasi arenasında Marin Le Pen 34 faiz, Jordan Bardella isə 33 faiz etimad səsi ilə lider hesab edilir.

“Le Figaro” qəzeti yanvarın 3-də yazıb ki, fransızların 61 faizi Makronun vaxtından əvvəl istefaya getməsinin tərəfdarıdır, 62 faizi isə Makronun idarəçilik üsulunu diktatorluq hesab edir.
 

Chosen
13
modern.az

1Sources