EN

İpoteka və Kredit Zəmanət Fondu 50 mln. manat borclandı

BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 50 mln. manat həcmində sənədsiz adlı, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Teleqraf.com xəbər verir ki, İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılıb və tam şəkildə yerləşdirilib.

İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli ipoteka istiqrazlarının emissiya prospekti Mərkəzi Bankı tərəfindən 07 yanvar 2025-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 000 000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.


Müəllif: Teleqraf.com
Chosen
7
teleqraf.com

1Sources