EN

Husilər İsrail Müdafiə Nazirliyinə zərbə endirdiyini iddia edir

Yəmənin şimalını idarə edən Ənsar Allah (Husi) şiə hərəkatı Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinə Fələstin-2 hipersəs ballistik raketinin buraxıldığını elan edib.

Herbiand.az xəbər verir ki, husilərin Telegram kanalında yayımladığı bəyanatda deyilir ki, bu, son 12 saat ərzində İsrail hədəflərinə üçüncü hücumdur.

Bəyanatda Müdafiə Nazirliyinə atılan raketin hədəfə dəydiyi iddia olunur.

Chosen
4
herbiand.az

1Sources