EN

Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum sursat atıb

Şimali Koreya hərbiçiləri Yapon dənizinə doğru naməlum raket buraxıb...

Poliqon xəbər verir ki, bu barədə “Yonhap” Agentliyi Cənubi Koreya silahlı qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına istinadən xəbər yayıb.

İlkin məlumatlara görə, Cənubi Koreya hərbçiləri bir neçə qısa mənzilli ballistik raketlərin buraxılmasını qeydə alıb. Birləşmiş Qərargahın məlumatına görə, buraxılış Şimali Koreyanın şimalındakı Çaqan əyalətindəki Kanqye bölgəsindən təxminən səhər saat 9:30-da həyata keçirilib. Raketlər təxminən 250 km uçaraq dənizə düşüb.

Şimali Koreya bu il ilk raket sınağını yanvarın 6-da, Pxenyan özünün ən son orta mənzilli hipersəs ballistik raketinin cınağını elan edərkən həyata keçirib. Buraxılışdan sonra KXDR lideri Kim Çen In qeyd edib ki, bu raket dünyada mövcud olan istənilən raketdən müdafiə sistemini dəf etməyə qadirdir və raketlər ölkənin Asiya-Sakit okean regionunda düşmənlərinin qarşısını almaq üçün nəzərdə tutulub.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources