"Yaprak Dökümü" serialının aktrisası Bedia Ener Öztep vəfat edib. Manset.az xəbər verir ki, bu barədə onun oğlu sosial media hesabında bildirib. O anasının vəfatını "Mələk oldum" sözlərini yazaraq açıqlayıb. Aktrisa 70 yaşında dünyasını dəyişib. Xatırladaq ki, Bedia Ener "Yaprak Dökümü" serialı ilə məşhurlaşıb. O ekran işində Nehir obrazına həyat verib. Aktrisa sonuncu dəfə "Ada Masalı" serialında rol alıb. O ömrünün son illərini Ankara şəhərində keçirib.