Lavrovun adından Bayramova saxta məktub göndəriblər
Rusiya xarici işlər nazirinin adından azərbaycanlı həmkarına ünvanlanmış məktub saxta imiş.
Reyting.az “Sputnik Kazaxıstan”a istinadla xəbər verir ki, bu dezinformasiyanın arxasında siyasi sifariş və “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğraması mövzusunda spekulyasiya etmək cəhdi dayanır.
“Bu, mənəviyyatsız və kobud saxtakarlıq nümunəsidir. Faciə üzərində spekulyasiya etmək yolverilməzdir!” – Rusiya XİN-nin açıqlamasında deyilir.
E. KAMAL