EN

Çində təkmilləşdirilmiş "Tip-055" sinifli esmines dəniz sınaqlarına hazırlaşır

Çinin təkmilləşdirilmiş dizaynla inşa edilmiş doqquzuncu "Tip-055" sinifli esminesi dəniz sınaqlarının birinci mərhələsinə hazırlaşır.

Herbiand.az bildirir ki, bu barədə Navy Recognition məlumat yayıb.

"Tip-055" esmineslərinin ilk partiyası səkkiz gəmidən ibarətdir. Gəmilər üst quruluşun dizaynında müəyyən təkmilləşdirmələr əldə edib. Xüsusilə, şüşəli sahə artırılıb ki, bu da ekipajın vəziyyətlə bağlı məlumat əldə etməyini yaxşılaşdırmalıdır. Esmineslərin əsas məqsədi təyyarədaşıyan zərbə qruplarını müşayiət etməkdir. 

Çində "Tip-055" sinifli esmineslər dördüncü nəsil hesab edilir. Uzunluğu 183 metr, eni 20 metrdir. Dörd 28 MVt QC-280 qaz turbinləri ilə təchiz edilən gəmilər 30 düyünə qədər sürətə çata bilir. Kruiz məsafəsi 5000 dəniz mili, ekipaj 300-dən çox insandan ibarətdir.

Esmineslər 200 km-ə qədər mənzilli HQ-9B zenit raketləri, təkmilləşdirilmiş HQ-26 SAM və YJ-18A gəmi əleyhinə raketlərlə silahlanıb. Təxmin edilir ki, arsenala YU-8A sualtı qayıq əleyhinə raketlər də daxildir. Gəmilər həmçinin, tam avtomatik 130 mm-lik H/PJ-38 artilleriya qurğusu, 4 ədəd 30 mm-lik H/PJ-11 zenit-artilleriya sistemi, HQ-10 qısa mənzilli zenit-raket kompleksləri və torpedalar ilə də təchiz olunub.

Bəxtiyar CƏFƏRLİ

Chosen
3
herbiand.az

1Sources