Almaniya, Polşa, Fransa, İtaliya və İngiltərə müdafiə nazirlərinin Polşada keçirilən toplantısında Ukraynaya silah və lazımi materialların tədarükündə daha çox dəstək verdiklərini açıqlayıb.
Editor.az N-tv-yə istinadla xəbər verir ki, bunu Almaniya hərbi idarəsinin rəhbəri Boris Pistorius deyib. Sənəddə bildirilir ki, bu beş ölkə Avropa və Ukrayna silah istehsalçıları arasında daha sıx əməkdaşlığa ümid edir. Pistoriusun sözlərinə görə, söhbət ilk növbədə PUA və döyüş sursatlarının istehsalından gedir. O, həmçinin qeyd edib ki, söhbət ukraynalıların təcrübəsi sayəsində hərbi ehtiyaclar üçün hazırlanmış kompüter proqramlarından gedir. “Beləliklə, hər iki tərəf bu (hərbi) əməkdaşlıqdan faydalanır”, – o deyib.
Qeyd edək ki, yanvarın 9-da Almaniyadakı Amerikanın Ramşteyn bazasında Ukraynadakı vəziyyətlə bağlı təmas qrupunun iclası keçirilib. Tədbir zamanı ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə 500 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb. Bu vəsait hazırda münaqişə zonasına çatdırılan F-16 qırıcıları üçün müxtəlif sursat və avadanlıqların alınmasına xərclənəcək.
//Gülnarə Abasova, Editor.az