Son zamanlar İsrailə tez-tez uzaqmənzilli raketlərlə hücum edən Yəməndə İranın dəstəklədiyi husilər daha bir səs-küylü hücum həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qruplaşma “Fələstin 2” adını verdikləri səsdən sürətli (süpersonik) raketlə İsrail Müdafiə Nazirliyinin binasını vurduqlarını iddia edən bəyanat yaylıblar.
İsrail ordusu isə iddianı təkzib edib: "Yəməndən atılan ballistik raket havada məhv edilib. Ölən və yaralanan yoxdur"
Tahir Şəlvəli
MİA.AZ