“Los-Ancelesdə yanğınlardan zərər çəkmiş məhəllələrin bərpası on milyardlarla dollara başa gələcək”.
Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib. ABŞ lideri Bayden Konqresin Los-Ancelesi əhatə edən fəlakətin nəticələrini aradan qaldırmaq üçün hərəkətə keçməli olduğuna diqqət çəkib.
“Los-Ancelesin bərpası üçün on milyardlarla dollar lazımdır” dedi. Konqres işə qarışmalı və bu ehtiyacı maliyyələşdirməlidir. Biz bunu təmin edəcəyik”,- Bayden federal rəsmilərlə görüşdə deyib.
//Gülnarə Abasova, Editor.az