EN

Suriyanın xarici işlər, müdafiə naziri və kəşfiyyat rəhbəri Türkiyəyə səfər edəcək

Suriyanın xarici işlər Əsaad Həsən əl-Şibani, müdafiə naziri Murhaf Əbu Kasra  və kəşfiyyat rəhbəri Enes Xəttab sabah Türkiyəyə səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində iki ölkənin rəsmiləri təhlükəsizlik, sərhədlərin idarə olunması və regional əməkdaşlıqla bağlı mühüm görüşlər keçirəcəklər.

Məlumata görə, görüşlər Suriyadakı yeni administrasiya ilə Türkiyə arasında münasibətlərin normallaşması üçün kritik bir addımdır.

Daşqın HəsənovMissiya.Az

Chosen
11
missiya.az

1Sources