EN

“Tramp-Putin görüşünün Bakıda baş tutması bu səbəbdən mümkün deyil...”- Analitik

“Məsələ burasındadır ki, bu görüşün Bakıda keçiriləcəyi ehtimalı yalnız Azərbaycan mediasında ortalığa atılıbdır...”
 
“Düzdü, Trampın Putinlə görüşü barədə hər iki tərəfdən rəsmən danışılır. Amma həmin görüşün harada və necə olacağı haqda hələlik rəsmi söhbət yoxdur. Əsasən Türkiyədə, yaxud İsveçrədə ola biləcəyi haqda qeyri-rəsmi xəbərlər yayılır. Məsələ burasındadır ki, bu görüşün Bakıda keçiriləcəyi ehtimalı yalnız Azərbaycan mediasında ortalığa atılıbdır”. 
 
Bunu Moderator.az-a açıqlamasında “Tramp-Putin görüşünün Bakıda keçirilə biləcəyi ehtimalı nə qədərdir” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə eskpert Ərəstun Oruclu söyləyib.
 
“Düşünmürəm ki, bu görüş Azərbaycanda olacaq – bu mümkün deyil. O səbəbdən mümkün deyil ki, Azərbaycanın indiki dönəmdə istər Rusiya ilə,  istərsə də Birləşmiş Ştatlarla münasibətləri yumşaq desək, güvənli deyil. Ona görə də hesab edirəm ki, həmin görüş hansısa bir neytral ölkənin ərazisində keçiriləcək. Ya İsveçrədə, ya da hansısa Yaxın Şərq ölkələrindən birində, məsələn, Birləşmiş Ərəb Əmirliklərində... Amma yenə deyirəm, zənnimcə, Tramp-Putin görüşünün Azərbaycanda keçirilməsi ehtimalı yox dərəcəsindədir.  Belə bir ehtimal varsa da, çox minimaldır. Hər bir halda belə bir görüş əgər Bakıda baş tutardısa, sözün düzü, bu mənim üçün çox təəccüblü olardı”, -deyə analitik vurğulayıb. 
 
Sultan Laçın
 
Chosen
10
moderator.az

1Sources