Yəmən Husiləri (“Ənsar-Allah” hərəkatı) son 12 saat ərzində İsrail ərazisinə ikinci raket hücumu həyata keçirib.
“Cebheinfo.az” xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Sarianın sözlərinə görə, Husi qüvvələri Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinə hipersəs ballistik raketlə hücum edib.
“Yəmən silahlı qüvvələrinin raket qüvvələri Fələstin-2 hipersəs ballistik raketi ilə işğal olunmuş Yaffa bölgəsində (Təl-Əviv) İsrail düşməni adlandırılan Müdafiə Nazirliyinə hücum edərək hərbi əməliyyat keçirib. Raket hədəfinə çatıb və ələ keçirmə sistemləri onu izləyə bilməyib”, – Saria Husilərə məxsus “Al Masirah” telekanalında deyib.
Çərşənbə axşamı səhər saatlarında İsrail ordusu Yəməndən atılan raketin qarşısını almaq üçün bir neçə dəfə cəhd edib. Bazar ertəsi Husilərin rəhbərlik etdiyi ordunun sözçüsü Tel-Əvivdəki "kritik hədəfə" raket zərbəsi endirdiyini bildirib. İsrail ordusunun məlumatına görə, bu hücum zamanı raket ölkənin hava məkanından kənarda ələ keçirilib.