EN

Azərbaycan qayıdış və təhlükəsizliyə 13 milyard xərcləyəcək



“2025-ci ilin büdcəsi ölkədə sosial sahədə dərin islahatları davam etdirməyə imkan yaradacaq. Dövlət başçısının da söylədiyi kimi, bu sahənin inkişafına xidmət edən dörd islahat paketi qəbul edilib. Artıq 2025-ci ilin əvvəllindən başlayaraq 5-ci sosial islahatlar paketi reallaşmaq üzrədir”.

Bunu Bakupost.az -a millət vəkili Musa Quliyev deyib.


O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı Böyük Qayıdış üzrə birinci dövlət proqramı bu il də davam etdiriləcək:

“Bu ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik xərcləri üçün 8,4 milyard manat vəsait nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzurun bərpasına, məskunlaşma xərclərinə isə 4 milyard manatdan artıq vəsaitin dövlət büdcəsindən yönəldilməsi həyata keçiriləcək”.

Sevinc,
BakuPost

Chosen
9
1
bakupost.az

2Sources