EN

Çindən Rusiyaya qarşı gözlənilməz addım: Rusiya tankerlərini qəbul etmir

Çin tərəfi ABŞ Maliyyə Nazirliyinin yanvarın 10-da elan etdiyi sanksiyalara məruz qalan Rusiya nefti daşıyan üç tankeri qəbul etməkdən imtina edib.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” agentliyinin materialında deyilir. Tankerlərin göyərtəsində 2 milyon bareldən çox neft olduğu bildirilir. Onların arasında Uzaq Şərqdəki Kozmino limanından yola düşən “Huihai Pacific”, “Mermar” və “Olia” gəmiləri də var.

Adı açıqlanmayan bir Hindistan rəsmisi “Bloomberg”ə bir gün əvvəl bildirmişdi ki, sanksiyaya məruz qalan tankerlərin Hindistan limanlarında boşaldılmasına icazə verilməyəcək. Onun sözlərinə görə, yerli banklar Rusiya gəmilərinin ekipajlarından neftin məhdudiyyətlərə məruz qalan tədarükçülərdən gəlmədiyini sübut edən mənşə sertifikatları tələb etməyə başlayacaq.

Xatırladaq ki, yanvarın 10-da ABŞ Rusiyanın yanacaq-energetika sektoruna qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar xüsusilə “Qazprom Neft” və “Surqutneftegaz”, onlarla neft-mədən xidmətləri şirkəti və Rusiya ilə neft ticarəti edən treyderlərə təsir edib. Həmçinin 183 tanker məhdudiyyətlərə məruz qalıb, bir sıra gəmilər idxalçı ölkələrin limanlarında yüklərin boşaldılmasında problemlərlə üzləşib.

//Samir Qurbanov, Editor.az

Chosen
7
editor.az

1Sources