Kaliforniya ştatının Los-Anceles şəhərinin sakinləri yanğınla mübarizə üçün su çatışmazlığı səbəbindən yerli Su və Enerji Departamentinə (LADWP) qarşı iddia qaldırıblar.
Bu barədə iddia sənədinə istinadən Bloomberg məlumat yayıb.
“Ev sahibləri ABŞ-ın ən böyük bələdiyyə kommunal xidməti olan Los-Ancelesin Su və Enerji Departamentinə qarşı iddia qaldırıblar”, - deyə məlumatda bildirilir.
İddiaçıların sözlərinə görə, şəhərin su anbarı qurudulub və hidrantlarda su təzyiqi kifayət qədər olmadığından yanğınsöndürənlərin yanğınla mübarizə aparması çətinləşib.
Qeyd olunur ki, yanğının səbəbləri hələ də araşdırılır.