Sea Breeze

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) birgə təşkilatçılığı ilə məktəb şagirdləri və müəllimləri üçün beynəlxalq müsabiqələrə hazırlıq proqramı həyata keçirilir.

Proqrama ölkənin 5 bölgəsi- Lənkəran, Zaqatala, Oğuz, Mingəçevir və Sumqayıt şəhəri üzrə 650 şagird və 200 müəllim cəlb edilib. Sözügedən layihənin icrası müddətində ARTİ tərəfindən riyaziyyat və informatika fənlərinə marağı olan şagirdlərə dərinləşdirilmiş proqramlar əsasında müvafiq dərslər, həmçinin şagirdlərin xarici dil bacarıqlarının inkişaf etdirilməsi, xarici ədəbiyyatlara çıxışlarını asanlaşdırmaq məqsədi ilə ingilis dili dərsləri keçirilir.

Proqram şagirdlərin öncədən elan edilmiş günlər ərzində dərslərdə iştirakı və inkişaflarının yoxlanması məqsədi ilə sınaq imtahanları formasında tədris edilir.
Layihənin keçirilməsində məqsəd bölgələrdə istedadlı şagirdlərin aşkar edilməsi, sözügedən fənlərin dərindən öyrənilməsinə marağın artırılması, şagirdlərə müvafiq sahələr üzrə milli, beynəlxalq fənn və layihə olimpiadaları, müsabiqələr, yarışlar haqqında ətraflı məlumat vermək və iştiraklarını təmin etməkdən ibarətdir.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayından start götürən proqram cari ilin mart ayına qədər davam edəcək.

ETX
ETX
ETX