“Oğlum Los-Ancelesdəki evinə qayıdıb. Hazırda hər şey yaxşıdır”.
Bu sözləri Musavat.com-a açıqlmasında müğənni Nura Suri deyib.
O yanğınlar səbəbi ilə evindən köçürülən böyük oğlunun geri qayıtdığını açıqlayıb:
“Ortancıl oğlum yanğınlar olan ərazidən uzaqda yaşayır. Böyük oğlumun evinə yaxın idi. Oğlum, ailəsi və dostu, ailəsi ilə 3 günlük köçdülər. Hazırda qayıdıblar. Şükür ki, salamatdılar. Evləri də zərər görməyib”.
Könül İbrahim,
Musavat.com