EN

Kilan Lebon “Neftçi”dən getdi - Rəsmi

Futbol üzrə Sent Martin milli komandasının da üzvü olan “Neftçi”nin yarımmüdafiəçisi Kilan Lebon Azərbaycan klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Lebona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Kilan Lebon 2023-cü ilin yanvar ayından “Neftçi”də forma geyinirdi. Yarımmüdafiəçi bu müddət ərzində meydana çıxdığı 73 rəsmi oyunda 6 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub. Lebon cari mövsümdə 16 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Kilan Lebon 2023-cü ilin sentyabr ayında debüt etdiyi Sent Martin milli komandasının heyətində 7 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Lebon karyerası ərzində “Beroe”, “Şambli”, “Utrext”, “Ayaçço”, “Astana”, “Paris” və “Kretey” kimi klubların da formasını geyinib.

Chosen
12
arena.az

1Sources