Perunun şimalındakı La Libertad bölgəsində qanunsuz mədənçilər qızıl mədəninə hücum ediblər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının verdiyi açıqlamaya görə, çökmə bazar günü səhər hücumçuların mədəndəki elektrik ötürücü qülləni partlatması nəticəsində baş verib.
Hücum nəticəsində mədəndə qapalı qalan 17 işçinin xilas edilməsi üçün əməliyyatın başladığı bildirilib.
La Libertadın Pataz rayonunun meri Segundo Armas verdiyi açıqlamada əraziyə çatmağın çox çətin olduğunu və mədəndə telefon xəttinin olmadığını bildirib.
Qeyd edək ki, hökumət qızıl, gümüş və mis kimi mineralların tapıldığı Peruda qeyri-qanuni mədənçilik fəaliyyətinə qarşı mübarizə aparır.
Gülay