19 yaşadək futzalçılardan ibarət millimizin Avropa çempionatının ilkin mərhələsində Kosovo ilə keçirəcəyi oyuna təyinatlar açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, qarşılaşmanı Çexiya, Macarıstan və Belçikadan olan hakimlər idarə edəcək. Oyunda Radim Cep (Çexiya), Adam Çzene-Joo (Macarıstan) və Jiri Berqs (Belçika) iş başında olacaq. Hakim-inspektor vəzifəsini almaniyalı Stefan Veber yerinə yetirəcək. Görüşün "timekeeper"i Laurentiu İlie (San Marino) olacaq.
Qeyd edək ki, Azərbaycan – Kosovo matçı yanvarın 25-də Serravalledəki "Multievent Sport Domus"da saat 21.00-da start götürəcək.