EN

Mask “TikTok”-u da alır?

Milyader İlon Maskın Çinlə “TikTok”-un alışı ilə bağlı danışıqlar apardığı barədə məlumat yayılıb. 

İlkin danışıqların aparıldığı bildirilsə də, “TikTok” sözçüsü məlumatı “tam uydurma” adlandırıb və iddiaları təkzib edib. 

“Cebheinfo.az” xəbər verir ki, Çin rəsmiləri “TikTok”-un ABŞ-dəki əməliyyatlarını milyarder İlon Maska satmaq ehtimalı ilə bağlı ilkin danışıqlar aparır. Mənbələrə əsaslanan xəbərdə, həmçinin rəsmi Pekinin “TikTok”-un əsas şirkəti “Bytedance”-in nəzarəti altında qalmasına üstünlük verdiyi bildirilib. 

Məlumatda “TikTok”-un ABŞ-dəki əməliyyatlarının rəqabətli bir proses və ya hökumətin vasitəçiliyi ilə həyata keçirilən sövdələşmə yolu ilə satıla biləcəyi qeyd edilib. Tətbiqin gələcəyinin artıq yalnız “ByteDance”-in nəzarəti altında olmadığı vurğulanıb. 

Qeyd edilir ki, Çin hökumətinin “ByteDance”-də əhəmiyyətli payı var və bəzi Konqres üzvləri bunun hökumətə “TikTok” üzərində səlahiyyət verdiyini deyirlər. Bir ssenariyə görə, Mask ABŞ-də “TikTok”-a “X” sosial media platforması ilə birlikdə nəzarət edəcək. “Bloomberg News”-a görə, rəsmilər necə davam edəcəkləri ilə bağlı hələ konsensusa gələ bilməyiblər. Bununla belə, “TikTok” sözçüsü məsələ ilə bağlı qısa cavab verib. Xəbərə cavab olaraq sözçü deyib: 

"Tamamilə uydurma xəbərlərə münasibət bildirməyimizi gözləmək olmaz". 

Keçən həftə Ali Məhkəmə Çinlə bağlı milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək, “TikTok”-un ABŞ-də yanvarın 19-dək satışını və ya qadağan olunmasını məcbur edən qanunvericiliyi təsdiqləməyə yaxın olduğu bildirilmişdi.

Chosen
5
1
cebheinfo.az

2Sources