EN

Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib

Bəxtiyar Hacıyev bazar ertəsi günü Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə cənab Hacıyevin evinin müsadirə olunmasıyla bağlı da qərar çıxarıb.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin "qaçaqmalçılıq", "qanunsuz sahibkarlıq", "vergidən yayınma" maddələri ilə ittiham olunub.

Qardaşı Vüqar Hacıyev BBC-yə deyib ki, Bəxtiyar Hacıyev son sözündə özünü təqsirli bilməyib və ittihamların əsassız olduğunu deyib.

Bəxtiyar Hacıyev həmçinin, Daxili İşlər Naziri (DİN) Vilayət Eyvazovu tənqid etdiyi üçün onun sifarişi ilə həbs olunduğunu iddia edib.

BBC bu ittihamla bağlı DİN-dən cavab ala bilməyib.

Videonu Youtube səhifəmizdən izləyin.

Chosen
18
bbc.com

1Sources