EN

Dünyanın siyasi səhnəsində yeni rollar: Azərbaycanın yeni dünya nizamında artan əhəmiyyəti – ŞƏRH

Bakı. Trend:

Hazırda beynəlxalq müstəvidə mürəkkəb qlobal proseslər başverir. Təsadüfi deyil ki, hətta bir çox mütəxəssislər dünyanıngeosiyasi xəritəsinin yenidən müəyyənləşdirildiyini iddia edirlər.Belə bir şəraitdə dövlətlərin öz mövcudluqlarını qoruması qlobalçağırışdır. Müstəqil siyasət həyata keçirən Azərbaycan yeni dünyadüzəninin formalaşması prosesində regionun lideri kimi özünütəsdiqləyib.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıSevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, müasir dövrdə dünya siyasətində çox ciddigeostrateji dəyişikliklər baş verir. Bu proseslərin fonundabeynəlxalq münasibətlər sisteminin yeni çağırışları meydanagəlir:

“Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalqmünasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən müstəqilsiyasətin önəmindən asılıdır. Prezident İlham Əliyevin rəhbərliyiilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyükinkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı,ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti, milli gücününartmasını təmin edib. Bu nailiyyətlərin qazanılması ilk növbədəlider amili ilə bağlıdır. Prezident İlham Əliyevin dünyasəviyyəsində güclü lider olması Azərbaycanın uğurlarınışərtləndirən başlıca amildir”.

Sevinc Fətəliyeva vurğulayıb ki, Azərbaycanın Avrasiyada mühümnəqliyyat mərkəzinə çevrilməsi təsadüfi deyil:

“Prezident İlham Əliyevin təşəbbüsləri ilə həyata keçirilənirimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühümbeynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. ÖlkəmizŞərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regionalkommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verib.Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindənkeçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahatmarşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, genişbir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha dainkişafı baxımından mühüm imkanlar təqdim edir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan hazırda regiondasülh və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ənperspektivli tərəfdaş hesab edilir.

“Ölkəmiz konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinəəsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasixətt yürüdür. Təsadüfi deyil ki, artıq bu gün dünyanın aparıcıdövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazıntəhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Eynizamanda qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı vəonların reallaşmasında lider mövqeyə malik Azərbaycan regiondaikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsastəşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıqformatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və səmərəlifəaliyyəti ilə regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələrverir”, - deyə Sevinc Fətəliyeva qeyd edib.

Milli Məclisin deputatı Azər Kərimli isəTrend-əaçıqlamasında bildirib ki, formalaşmaqda olan yeni dünya nizamınınəsas prinsipləri ədalət, qarşılıqlı hörmət və suverenlikolmalıdır:

“Mövcud dünya sistemi uzun müddət birtərəfli yanaşmalar vəhegemon güclərin maraqları ilə idarə olunub. Bu isə beynəlxalqhüququn pozulması, münaqişələrin artması və bir çox ölkələrinhaqsız təzyiqlərə məruz qalmasına səbəb olub. Yeni sistemdə isəikili standartlar və güc siyasətinə yer olmamalıdır. Bütündövlətlərin suveren hüquqları tanınmalı, onların daxili işlərinəmüdaxilə yolverilməz olmalıdır”.

O bildirib ki, Azərbaycanın unikal coğrafi mövqeyi ölkəni ŞərqləQərb, Şimalla Cənub arasında təbii bir körpüyə çevirir, bu stratejiüstünlük Azərbaycanı regional və qlobal enerji və nəqliyyatdəhlizlərinin əsas oyunçularından biri edib:

“Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropanın enerjitəhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynadığını göstərir.Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub vəŞərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanı qlobal ticarətaxınlarının əsas mərkəzinə çevirib. Bu dəhlizlər vasitəsiləAzərbaycan bölgədə yeni nəqliyyat və logistika xəritəsiformalaşdıraraq, iqtisadi inteqrasiyanı və beynəlxalq əməkdaşlığıgücləndirir”.

Millət vəkili Prezident İlham Əliyevin beynəlxalq səviyyədəapardığı uğurlu siyasətin yeni dünya nizamının formalaşmasındaAzərbaycanın rolunu ciddi şəkildə artırmasından da bəhs edib:

“Dövlət başçısının liderliyi ilə Azərbaycan müstəqil xaricisiyasət kursunu qoruyub saxlayaraq qlobal aktorlarla balanslımünasibətlər qurub və öz milli maraqlarını hər zaman ön plandatutub. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanınregional gücə çevrilməsi, beynəlxalq müstəvidə isə hörmət edilən vəetibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Prezident İlhamƏliyevin “Liderlər əgər zəifdirlərsə, ölkə də zəif sayılır” fikribeynəlxalq siyasətdə liderliyin nə qədər önəmli olduğunu vurğulayanəsas mesajlardan biridir”.

Azər Kərimlinin sözlərinə görə, yeni dünya nizamında nəqliyyatvə enerji infrastrukturu əsas elementlərdən biridir.

“Azərbaycanın təşəbbüsü ilə yaradılan enerji və nəqliyyatdəhlizləri yalnız ölkə iqtisadiyyatı üçün deyil, həm də bölgədəsabitlik və sülh üçün mühüm əhəmiyyət daşıyır. Xəzər regionununenerji resurslarının Avropa bazarlarına çıxarılması, Asiya vəAvropa arasında ticarət yollarının genişləndirilməsi Azərbaycanınbeynəlxalq sistemdə strateji rolunu artırır.

Azərbaycan gələcəkdə də formalaşmaqda olan bu nizamın əsasiştirakçılarından biri olaraq həm milli maraqlarını qoruyacaq, həmdə beynəlxalq hüquq və ədalətin bərqərar olunmasında mühüm roloynayacaq”, - deyə deputat qeyd edib.

Chosen
12
az.trend.az

1Sources