Peruda qeyri-qanuni mədənçilərin hücumu nəticəsində ən azı 17 işçi qızıl mədənində sıxışıb qalıb.
"Cebheinfo.az" xəbər verir ki, Perunun şimalındakı La Libertad bölgəsində qanunsuz mədənçilər qızıl mədəninə hücum ediblər.
Yerli hakimiyyət orqanlarının verdiyi açıqlamaya görə, bazar günü səhər mədəndəki elektrik ötürücü qülləni hücumçuların partlatması nəticəsində çökmə baş verib.
Hücum səbəbilə mədəndə qapalı qalan 17 işçinin xilas edilməsi üçün əməliyyatın başladığı bildirilib.
La Libertad bölgəsinin Pataz rayonunun meri Sequndo Armas verdiyi açıqlamada əraziyə çatmağın çox çətin olduğunu və mədəndəki telefon xətlərinin işləmədiyini bildirib.
Qızıl, gümüş və mis kimi mineralların yerləşdiyi Peruda hökumət qeyri-qanuni mədənçilik fəaliyyətinə qarşı mübarizə aparır.