EN

19 xanım prokurorluğa işə qəbul olundu

Ajans.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Azərbaycan Respublikasının prokurorluq orqanlarına yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində çıxışı zamanı bildirib.

Bildirib ki, 2024-cü ildə 19 xanım əməkdaş prokurorluq orqanlarında işə qəbul olunub.

O, qeyd edib ki, hazırda Prokurorluq orqanlarında çalışanların 10 faizi xanım əməkdaşlardır.

Baş prokuror Kamran Əliyev deyib ki,  2002-2024-cü illərdə qəbul olunan şəxslərdən indiyə qədər 969 yerli universitetləri, 29 nəfər isə xarici ölkədə təhsil alan əməkdaşlardır.

Kamran Əliyev çıxışı zamanı həmçinin bu il qəbul olunan hüquqşünasların xarici dil biliklərinin az olması barədə danışıb:

"Qəbul olunandan 8 nəfər dil biliyi var. Bunlardan 5-i rus, 3-ü ingilis dilini bilənlərdir. Qəbul olunan şəxslər dil biliklərini inkişaf etdirməlidir".

Chosen
11
Ajans.az

1Sources