EN

İmtahana hazırlaşanların NƏZƏRİNƏ: Bu qidalar beyin funksiyalarına zərər verə bilər

Buraxılış və blok (qəbul) imtahanlarına hazırlaşan abituriyentlər stress və həyəcanla üzləşirlər. Müşahidələr göstərir ki, bu dövrdə abituriyentlər, həm stress, həm də hazırlıq prosesi səbəbindən düzgün qidalanmırlar. Bu isə onların immunitetinin zəifləməsinə gətirib çıxarır.

 

Maraqlıdır, bu dövrdə abituriyentlər hansı qidalara üstünlük verməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, abituriyentlərə "fast-food" və rəngli qazlı içkilərdən uzaq durmaq tövsiyə olunur:

153264

 

"Abituriyentlər beyin fəaliyyətini gücləndirmək üçün faydalı karbohidratlara üstünlük verməlidirlər. Faydalı karbohidratlar, xüsusilə mövsümdə yetişən tərəvəzlərdə tapılır. Bu tərəvəzlər lif və vitaminlərlə zəngin olduğundan, beyin fəaliyyətini artırır və mədə-bağırsaq metabolizmasını gücləndirərək beyinə müsbət təsir göstərir.

 

Faydasız karbohidratlar, xüsusən 'fast-food' və rəngli qazlı içkilər, beyin funksiyalarına mənfi təsir göstərə bilər. Abituriyentlərə bu cür qidalardan uzaq durmaq tövsiyə olunur. Eyni zamanda, həftə ərzində qırmızı ət, balıq və toyuq məhsullarının istehlakı, sağlamlıq və beyin fəaliyyətini dəstəkləmək üçün faydalıdır".

Chosen
12
azedu.az

1Sources