EN

İqlim maliyyələşdirilməsində Bakı dönüşü: Azərbaycanın COP29-a ev sahibliyi “yaşıl dünya”ya nə qazandırdı? – ŞƏRH

Bakı. Trend:

Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidarbirliyi xarici siyasətimizin əsas xüsusiyyətləridir. Məhz bu kimiamillər nəticəsində 200 ölkənin yekdil qərarı ilə COP29-unölkəmizdə keçirilməsinə qərar verilib. Azərbaycan hansı təşkilataüzv olur və ya sədrlik edirsə, həmin təşkilatın fəaliyyətinə mühümtöhfə verir. Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dönəmindəbu platformanın fəaliyyəti əhəmiyyətli dərəcədə artıb və demək olarki, hərəkat ən uğurlu dönəmini yaşayıb.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Zaur Şükürovdeyib.

Deputat xatırladıb ki, MDB ölkələri arasında ilk dəfəAzərbaycanda keçirilən tədbirdə 196 ölkədən 72 min nümayəndəiştirak edib. Onların arasında 80 prezident, vitse-prezident və Başnazirlər olub:

“COP29-da qəbul edilən qərarlar ətraf mühitin qorunmasıbaxımından beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb edir.Azərbaycanın COP29 sədrliyi və səmərəli fəaliyyəti nəticəsində BakıMaliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilən uğurlargözləntiləri üstələdi. Paris Sazişinin 6-cı maddəsi üzrə on ildavam edən müzakirələr yekunlaşdı və bu maddə məhz Bakıdarazılaşdırıldı.

Mühüm qərarlar arasında hər il inkişaf etməkdə olan dövlətlərə1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan, yeniöhdəlik olan Bakı Maliyyə Məqsədi barədə razılığın əldə olunmasıxüsusilə vacibdir. Bu sıraya əvvəlki 100 milyard ABŞ dollarıhəcmində hədəfdən üç dəfə çox olan 300 milyard ABŞ dolları həcmindəyeni maliyyə hədəfi də daxildir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Qlobal Cənubla QlobalŞimal arasında körpü rolunu oynamaqla yanaşı, az inkişaf etmiş,habelə kiçik ada və yeni müstəmləkəçilik siyasətindən əziyyət çəkəndövlətlərin dünyada səsinin eşidilməsinə əhəmiyyətli töhfəverib:

“COP29 çərçivəsində də həmin ölkələrdə ekologiya sahəsindəmövcud olan problemlər, Fransa kimi dövlətlərin həyata keçirdiyiyeni müstəmləkəçilik siyasətininin bu dövlətlərin nəinkiiqtisadiyyatı, eyni zamanda ekologiyasına mənfi təsir göstərməsidünya ictimaiyyətinin diqqətinə çatdırıldı. “Bakı dönüşü” kimitarixə düşəcək COP-29-da qəbul olunan qərarlar gələcəkdə qlobaliqlim dəyişmələri ilə bağlı planların gerçəkləşdirilməsindəəhəmiyyətli rol oynayacaq.

Milli Məclisin deputatı Naqif Həmzəyev isəTrend-əaçıqlamasında Azərbaycanın COP29-a ev sahibliyi etməsinə gətiribçıxaran səbəblərdən bəhs edib:

“Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının yenidənnüfuz qazanması, Prezident İlham Əliyevin təşəbbüslərinin dünyadövlətləri tərəfindən dəstəklənməsi ölkənin uğurları sırasınayazılıb. Azərbaycanın sədrliyi dövründə qəbul edilən qərarlarnəticəsində ölkəmizin sədrlik müddəti uzadılıb.

Qoşulmama Hərəkatındakı uğurlu fəaliyyətimiz, həmçinin, digərbeynəlxalq tədbirlərə ev sahibliyi edərkən ortaya qoyduğumuz müsbətnəticələr COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsiüçün müsbət rəylərin verilməsinə gətirib çıxardı”.

Deputat bildirib ki, COP29-a hazırlıq üçün ölkələrə iki ilədəkvaxt verilir, lakin Azərbaycanın cəmi 10-11 ay vaxtı var idi:

“Buna baxmayaraq, Azərbaycan bu ağır yükün də öhdəsindən gəldi,29-cu sessiya daha əvvəl keçirilən COP tədbirlərindən qat-qat üstünşəkildə təşkil edildi. Dünya liderlərinin Azərbaycana təşrifbuyurması, burada görüşlərin keçirilməsi, 10 ilə yaxındır, əldəedilməyən maliyyə razılaşdırılmasının məhz Azərbaycanda öz həllinitapması, bütün dünya üçün vacib olan iqlim dəyişikliklərinə dairmüsbət irəliləyişlərin əldə edilməsi də Azərbaycanın uğuru kimidəyərləndirilməlidir.

Azərbaycan öz təhlükəsizliyi və maraqlarının qorunması üçündeyil, eyni zamanda, dünya üçün də çox vacib qərarlarınverilməsində, həlledici məqamlarda çox müsbət roy oynaya bilir vəbunu dəfələrlə sübut edib”.

Naqif Həmzəyev diqqətə çatdırıb ki, Azərbaycanda multikulturaldəyərlərin qədim vaxtlardan mövcud olması və bütün dinlərə hörmətləyanaşma ölkənin bu cür ağır və məsuliyyətli tədbirlərə rəhbərliketdiyi zaman düzgün qərarlar verməsinə gətirib çıxarır.

“Ölkəmizin COP29 sınağından uğurla çıxması buna imkan verir ki,yaxın gələcəkdə də Azərbaycan bu cür mötəbər tədbirlərə evsahibliyi etsin. Azərbaycanın hədəfi regionda uzunmüddətli vədayanıqlı sülhə nail olmaq, millətlərarası münasibətlərin insandəyərləri prizmasından daima qorunub saxlanılmasına çalışmaq,münaqişələrin sülh yolu ilə həll edilməsinin mümkünlüyünü ortayaqoya bilmək və Azərbaycanın dünya dövlətləri sırasında ən layiqliyeri tutması üçü əlindən gələni etməkdir”, - deyə deputatvurğulayıb.

Chosen
15
az.trend.az

1Sources