EN

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13%-dən çox artıb

Bakı. Trend:

Ötən il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 808 milyonmanatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 538 milyonmanat çoxdur.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 11 milyard27,4 milyon manata yaxın təşkil edib, büdcəyə proqnozdan əlavə337,3 milyon manatdan çox vəsait daxil olub. 2023-cü illəmüqayisədə bu sektordan vergi daxilolmaları 1,3 milyard manat və ya13,6 faiz artıb.

Qeyd olunub ki, ödənilən vergilərin 69,8 faizi qeyri-neft-qazsektorunun, 30,2 faizi isə neft-qaz sektorunun payına düşüb.

Chosen
2
15
az.trend.az

10Sources