EN

SOSİAL PROPLEMLƏR İÇƏRİSİNDƏ BOĞULAN AZƏRBAYCAN MÜƏLLİMİ... - ”Nazir 600 manatla bir ay ailəsini dolandıra bilər?!”

Azərbayanda müəllimlərin maaşı ölkədəki orta aylıq əməkhaqqından aşağıdır. Bakıda və regionlardakı təhsil müəssisələrində çalışanların maaşı arasındakı ciddi fərqlər də diqqət çəkir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, 2024-cü ildə qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat təşkil edib. Qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq maaşı isə 527 manat olub. Rayon təhsil müəssisələrində çalışan müəllimlər 400-600 manat əməkhaqqı aldıqlarını bildirirlər.

Elm və təhsil naziri nə demişdi?

Elm və təhsil naziri Emin Əmrullayev hələ 2023-cü ilin yayında demişdi ki, ölkədə 28 929 müəllim 500 manata yaxın maaş alır.

Nazir qeyd edib ki, müəllimlərin maaşının yüksək və ya aşağı olması onun bilik səviyyəsindən asılıdır.

1Sources