EN

"Yaxşı olardı ki, İran Azərbaycanla olan qonşuluq və dostluq münasibətlərini sadiq olsun" - Vüqar İskəndərov

"Yaxşı olardı ki, İran Azərbaycanla olan qonşuluq və dostluq münasibətlərini sadiq olsun" - Vüqar İskəndərov"İranın növbəti hədiyanları davam edir. İndi isə İran Ali Rəhbəri Əli Xameneinin Qəzvin əyalətindəki nümayəndəsi yenidən Azərbaycana və ölkə başçısına qarşı həqarətlər söyləyib. Təbii ki, bu siyasi tərbiyəsiz və öz sözünü bilməyən Molla İran hakimiyyəti tərfindən mütləq cəzalandırılmalıdır".

Bu sözləri Sonxeber.az-a deputat Vüqar İskəndərov danışıb.

Deputat, açıqlamasında qeyd edib ki, yaxşı olardı ki, İran konkret və konskruktiv möqeyini ortaya qoysun:

"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin televeziya kanallarına müsahibəsində bir çox faktlara toxundu. Onlardan biri də İranla bağlı məsələ idi ki, rəsmi Tehran Azərbaycan səfirliyinə hücum sifarişlərini və icrasının mühakimə edilməsini hələ də gecikdirir. Cənab Preziden mütləq hökmün icra olunmasını və bu məsələdə konkret mövqeyi İrandan gözlədiklərimizi söylədi. Təbii olaraq İranın bu məsələdən narahat olmasına heç bir ehtiyac yoxdur. İran yaxşı olar ki, Azərbaycanla olan qonşuluq və dostluq münasibətlərini sadiq olsun. Qarşılıqlı münasibətlərdə faydalı əməkdaşlığa meyilli olsun, konstruktiv mövqe nümayiş etdirsin və belə molların və digər siyasilərin bu cür təhqramiz fikirlərini qarşısını alsın, onları cəzalandırsın. Təbii olaraq, "biz hər birimiz, Azərbaycan dövləti də belə məsələlərdə kəskin mövqeyini bildirir. Lazım olan halda Xarici İşlər Nazirliyi, deputatlar lazımı anda oların cavabını verir və bu hər zaman belə olacaq. Yaxşı olardı ki, İran dövləti bu məsələlərin qarşısını alsın. Konkret və konstruktiv mövqe ortaya qoysun".

Vüsalə İbrahimli

Chosen
4
sonxeber.az

1Sources