Seçilmiş ABŞ prezidenti Donald Tramp bəyan edib ki, vəzifədən gedən Coo Baydenin prezidentliyi dövründə ölkə tarixində ən aşağı səviyyəyə enib."Bu dörd ildə baş verənlərə baxsaq, ölkə tarixində ən aşağı səviyyəyə çatıb", - deyə Tramp Newsmax-ə verdiyi müsahibədə Baydenin Dövlət Departamentindəki çıxışına münasibət bildirərkən söyləyib.Trampın sözlərinə görə, Baydenin administrasiyası xüsusilə Ukrayna böhranı, Yaxın Şərqdəki vəziyyət, İranın İsraili hədəf alması və Afganistandan qoşunların skandalı şəkildə geri çəkilməsi məsələlərinə görə məsuliyyət daşıyır."Bizim heç bir müharibəmiz olmazdı. Sizin Rusiyanız və Ukraynanız olmazdı. Bizim İsrailimiz olmamalıydı. İsrail İranın hücumuna məruz qalmazdı, çünki nəticədə bunu İran etdi", - deyə Tramp bildirib və Baydenin xarici siyasətini "dəhşətli" adlandırıb, qeyd edib ki, Baydenin miras qoyduğu qlobal böhranlar "daha pis ola bilməzdi".Səidə Mustafa
Diqqət Çəkənlər
Peskov: Putin və Trump arasında görüşə dair "konkret hazırlıq" işləri aparılmır
Avropa Komissiyası, rəhbəri Ursula fon der Lyayenin səhhəti ilə bağlı məlumatların gizlədilməsi iddialarını rədd edib
Bərdədə avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatı dayanıb