EN

Fuat Oktay Prezidentə başsağlığı verdi

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.Metbuat.az xəbər verir ki, məktubda deyilir:“Zati-aliləri, cənab Prezident.“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.Bu faciəvi qəza nəticəsində həyatını itirən bacı-qardaşlarımıza Allah-Taaladan rəhmət diləyir, onların kədərli ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Qəza nəticəsində yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.Dost və qardaş Azərbaycanın kədərini səmimi-qəlbdən bölüşürük.

Fürsətdən istifadə edərək Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm”.

Chosen
2
25
metbuat.az

10Sources