Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
O bildirib ki, təşkilata rəhbərinin adı ilə əlaqədar olaraq onlara "Husilər" deyilir:
"Qruplaşmanın İsraillə düşmənliyı sırf ideoloji səbəblərdən qaynaqlanır. Husilər hazırda Yaxın Şərq ən böyük şiə qruplarından biridir. Faktiki olaraq İsrailin həyata keçirdiyi siyasətə qarşı çıxırlar, düşmən kimi görürlər. Mübarizənin əsas məqsədi İsrail və ABŞ-nin bölgədən sıxışdırılıb çıxarılmasıdır.
İsrail husilərə qarşı müqavimət göstərməyə çalışsa da, bacarmır. Çünki qruplaşma əsasən Qırmızı dənizdən dünya hərb sistemindən kənara çıxacaq hərəkətlər edir. Məsələn, bir yandan ballistik raketlərlə İsraili vururlar. Digər yandan dəniz quldurluğu ilə məşğul olurlar. Çalışırlar ki, ABŞ, İsrail və mütəffiqlərinə ağır zərbələr vursunlar".
Onun sözlərinə görə, ABŞ-də husilərin sonunun gətirilməsi üçün müzakirələr aparılır:
"Bunun üçün Yəmənə quru yoldan silahlı müdaxiləyə ehtiyac var. Bu da böyük fəlakət yarada bilər. Qruplaşma olduqca böyükdür və qohumluq əlaqələri əsasında qurulub. Savaş yetəri qədər davam edəcək. Xüsusilə İran digərlərindən daha çox husilərə yardım göstərir. İran və İsrail münaqişəsindən uğurlu çıxan tək qruplaşma husilər oldu. İsrail HƏMAS və Hizbullaha ciddi zərbələr vura bildi. Husilərə qarşı olan siyasətin daha radikal formasını Donald Trampın prezidentliyi zamanında görəcəyik".
Əfsanə Kamal
Demokrat.az
10Sources
-
demokrat.azPolitoloq: "Trampın bəyənatları gələcəyə optimist baxmağa imkan vermir" ( 15095247)
-
sia.az"Trampın ultimatumu Putinə düşünməyə çox vaxt qoymur" ( 15052483)
-
baki-xeber.comRusiya XİN Ukraynada müharibənin 100 günə bitəcəyinə inamı itirir... ( 15037301)
-
turkustan.azFransa: Zelenski Ukraynada sülh prosesini pozmağa çalışır ( 15037281)
-
az.trend.azTrampın açıqlamaları Avropanın qatı liberal ideologiyasına nöqtə qoyulduğunu göstərir – ŞƏRH ( 15034599)
-
azpolitika.info“Ukraynada bu il bir neçə aeroport açılacaq” - “Siyasi qərar veriləcək” ( 15032649)
-
baki-xeber.com“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi”- Putin ( 15024441)
-
turkustan.azDünyanin gözü Tramp-Putin görüşündə: Nəticələr necə olacaq? - POLİTOLOQ ŞƏRHİ ( 15020705)
-
reyting.azPutin Trampın son təhdidlərini siyasi oyunun bir hissəsi sayır ( 15020009)
-
moderator.az"Putin Trampın təhdidlərini siyasi hiylə hesab edir" - "The Wall Street Journal" ( 15019803)