Bakı-Qazax magistralının Ucar rayon Alpout kənd ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər 1998-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya edilib. Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Hazırda onun vəziyyəti kafi olaraq qiymətləndirilir.
***
11:16
Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunda, Ucarın Alpout kəndi ərazisində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan 2 "Opel" markalı minik, 3 "KamAZ" markalı yük və 1 "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə maşınlara ciddi ziyan dəyib. Qəza zamanı Tovuz rayon sakini,1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma aparılır.