EN

Lavrovdan Ermənistanla bağlı açıqlama: "Mümkün deyil"

Hurriyyet.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Srgey Lavrov Ermənistanın eyni zamanda həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmasının qeyri-mümkün olduğunu söyləyib.

Lavrov deyib: "İrəvanın bəyan elədiyi Avropa İttifaqına üzvlük səyləri eyni zamanda Avrasiya İqtisadi İttifaqına üzvlük ilə bir araya sığmır".

Xəbər verdiimiz kimi, Ermənistan hökuməti respublikanın Aİ-yə birləşməsi prosesinin başlanması barəsində qanunvericilik təşəbbüsünü dəstəkləyib, layihə müzakirə üçün parlamentə təqdim edilib.

Lavrov RF Baş nazirinin müavini Aleksey Overçukun bununla bağlı bəyanatını xatırladıb. Xəbər verdiyimiz kimi Aleksey Overçuk ermənistanın eyni zamanda Avrasiya İqtisadi ittifaqı ilə Avropa İttifaqının hər ikisinə üzv olmasının mümkün olmadığını bildirib -  çünki, hər iki birlik gömrük sərhədlərinin olmamasını, ticarət məhsullarının xidmətlərin və işçi qüvvəsinin azad hərəkətini tələb edir. 

Kreml öz təmsilçisi Dmitri Peskovun vasitəsi ilə bu mövqeyini bir daha təsdiqləmişdi.

Hürr Tərcüman 

Chosen
12
hurriyyet.az

1Sources