EN

15 yaşlı qız yeni doğulan körpəsini tualetə ATDI

Ajans.az xəbər verir ki, hadisəni görən şəxs vəziyyəti səlahiyyətlilərə çatdırıb. Təhlükəsizlik kameralarından müəyyən edilən qız, atası və nənəsi nəzarətə götürülüb. Tualetdən çıxarılan körpənin səhhətinin yaxşı olduğu öyrənilib.

Hadisə səhər saatlarında Altıeylül rayonunda baş verib. Torpaq Reyestri İdarəsinə gələn İ.A tualetdə dünyaya gətirdiyi oğlan uşağı tualetə atıb. Körpəni görən şəxs vəziyyəti idarədəki təmizlik işçilərinə xəbər verib. Təmizlik işçiləri körpəni tualetdən çıxararaq polisə xəbər veriblər. Xəbər üzərinə gələn polis qrupları təhlükəsizlik kamerası qeydlərini araşdırıb.

Görüntülərdən İ.A., onu müşayiət edənlər və mindikləri avtomobil müəyyən edilib. Körpəsini dünyaya gətirib tualetə atdıqları müəyyənləşən İ.A, onun atası A.Ə və nənəsi S.B.-ni polis saxlayıb.

Saxlanılan 3 nəfərin Asayiş Şöbə Müdirliyində istintaqının davam etdiyi bildirilib. Digər tərəfdən, körpənin ayaqyolundan çıxarılaraq Atatürk Şəhər Xəstəxanasının Yenidoğulmuşlar şöbəsinə çatdırılmasından sonra sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Chosen
10
Ajans.az

1Sources