EN

Həmin kəndlər öz sahiblərini gözləməkdədir - Fəzail Ağamalı

Yazını böyüt
Yazını kiçilt

“Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması beynəlxalq gündəliyin vacib məsələsi kimi təsbit edilməlidir. Bu məsələ ölkənin daxilində olduğu kimi, xaricdə də aktuallaşmalı, beynəlxalq təşkilatların gündəliyinə salınmalıdır”.

Bunu hafta.az-a Ana Vətən Partiyasının (AVP)sədri Fəzail Ağamalı indiki Ermənistan sərhədləri daxilində olan Azərbaycanın tarixi torpaqlarından qovulan minlərlə azərbaycanlının öz yurdlarına qayıdışı ilə bağlı bildirib.

F.Ağamalı qeyd edib ki, bu gün Qərbi Azərbaycanla bağlı ideoloji xətt ölkə səviyyəsində uğurla davam edir. Onun fikrincə, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə bağlı göstərdiyi hədəflərə doğru uğurlu addımlar atılır. F.Ağamalı eyni zamanda bildirib ki, bu gün Qərbi Azərbaycan İcmasının vahid platforma, vahid ictimai qurum kimi fəaliyyəti daha effektlidir.

AVP sədri qeyd edib ki, Qərbi Azərbaycan İcması yurddaşlarımızın doğma vətənlərinə qayıtması üçün ölkədə mümkün olan işləri həyata keçirir. O, paralel olaraq azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması üçün işlərin beynəlxalq səviyyədə intensivləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. Bildirib ki, yalnız bu zaman Ermənistan və onu himayə edən qüvvələr indikindən fərqli mövqe tuta bilərlər.

F.Ağamalı bildirib ki, bütün məsələlərdə olduğu kimi ATƏT, Avropa Komissiyası azərbaycanlıların öz tarixi yurdlarına qayıtması ilə bağlı qaldırdığımız məsələdə ermənilərin mövqeyini dəstəkləyirlər. Həmin beynəlxalq təsisatlar Azərbaycana olan ikili mövqeyini azərbaycanlıların öz yurduna qayıtması ilə bağlı da sərgiləyirlər. Ancaq biz mübarizimizi aparırıq və bu, beynəlxalq hüquqa söykənən müvafiq sənədlərin qəbulu ilə nəticələnməlidir.

F.Ağamalı qərbi azərbaycanlıların öz problemlərini çatdırmaq üçün Ermənistan rəhbərliyi ilə görüşü nəzərdə tutan müraciətlərinə diqqət çəkib. O, bu müraciətin Azərbaycan ictimaiyyətinin sülh, stabillik şəraitində yaşamaq istəyini ortaya qoyan amil kimi dəyərləndirməklə yanaşı, Ermənistan rəhbərliyinin bu müraciətlərə müsbət cavab verəcəyini gözləmədiyini deyib.

“Biz Ermənistan rəhbərliyindən edilən müraciətlərə müsbət reaksiya gözləməli deyilik. Çünki erməni rəhbərliyi səviyyəsində azərbaycanlı icmasının müraciətinə müsbət reaksiya verilməsi və azərbaycanlıların nümayəndələri ilə görüş Paşinyan üçün ciddi problemlər yarada bilər. Paşinyan bunu bilir və edilən müraciətlərə cavab verməyə cəsarəti çatmır. Bununla yanaşı, Ermənistan cəmiyyəti anti-türk, anti-Azərbaycan ideologiyası ilə zəhərli cəmiyyətdir. Ona görə də öz yurdundan qaçqın düşən azərbaycanlıların problemlərinin həllinin yeganə yolu beynəlxalq təşkilatların qəbul edəcəyi sənədlər və həmin qurumların Ermənistana verəcəyi təzyiqlərlə bağlıdır. Bu gün bizim – qərbi azərbaycanlıların deportasiyaya məruz qoyulduğu kəndlərin, şəhərlərin 80 faizi boşdur. 500 mindən çox erməninin Ermənistanı tərk etdiyi bildirilir. Ermənilərin bizim gəldiyimiz kəndlərdə məskunlaşması həyata keçirilməyib və bu baş verməyəcək. Həmin kəndlər öz sahiblərini gözləməkdədir.

Chosen
7
hafta.az

1Sources