EN

Onlar Prezidentə başsağlığı verdi - Yenilənib

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu faciəvi qəza nəticəsində həyatını itirən bacı-qardaşlarımıza Allah-Taaladan rəhmət diləyir, onların kədərli ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Qəza nəticəsində yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.

Dost və qardaş Azərbaycanın kədərini səmimi-qəlbdən bölüşürük.

Fürsətdən istifadə edərək Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm”.

***

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim:

“Zati-aliləri.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması xəbəri məni və Kraliça Raca Zarit Sofianı dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bu çətin zamanda düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş insanlarladır. Eyni zamanda, yaralananların tezliklə sağalmalarını arzu edirik.

Qoy Azərbaycan xalqının gücü və birliyi ona bu ağrı-acılı günlərdə kömək olsun!”

Chosen
3
25
qafqazinfo.az

10Sources