EN

Almaniyada azərbaycanlı bəstəkarın əsəri ifa edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünas alim,sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalovanın böyüksimfonik orkestr üçün bəstələdiyi “Feuertempel – Atəşgah – Odməbədi” əsəri ifa edilib. Almaniyanın 7 müxtəlif şəhərində teatrsəhnələrində ilk dəfə səsləndirilən əsər tamaşaçıların böyükmarağına səbəb olub, dərin rəğbətlə qarşılanıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, bəstəkar bu konsertlərdən üçünə qatılaraqtamaşaçılarla şəxsən görüşüb, əsər haqqında düşüncələrinibölüşüb.

Qeyd edək ki, Detmold Musiqi Akademiyası və PaderbornUniversitetinin dosenti Xədicə Zeynalova Almaniyada ilk dəfəbeynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin və “Harmony ofSound” adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədiirəhbəridir. 2024-cü ildə Almaniyada “İlin ən yaxşı bəstəkarı” adınavə “Artist in Residence" nominasiyasına layiq görülən ilkazərbaycanlı bəstəkardır. Əsərləri dünyanın bir çox ölkəsindəkonsertlərdə, festivallarda ifa edilir.

Almaniyada
Almaniyada
Almaniyada
Almaniyada
Almaniyada
Chosen
11
az.trend.az

1Sources