EN

Lunyov "Qarabağ"lı günlərini xatırladı: 2024-cü ilin mühüm hadisəsi yəqin ki...

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov Rusiya mətbuatına müsahibə verib.

Publika.az xəbər verir ki, hazırda Moskva "Dinamo"sunda çıxış edən qolkiper 2024-cü ilin ən yadda qalan hadisələri barədə danışıb. O, Ağdam klubunun heyətində UEFA Avropa Liqasında "Bayer Leverkuzen"ə qarşı keçirdikləri oyunları fərqləndirib:

"Keçən il olduqca məhsuldar və normal oldu. 2024-cü ildə ən yadda qalan hadisələr, yəqin ki, "Bayer"lə matçlar oldu".

Qeyd edək ki, 2024-cü ilin martında UEFA Avropa Liqasının 1/8 finalında Ağdam klubu "Bayer"ə iki oyunun nəticəsinə (2:2, 2:3) görə məğlub olub.

Chosen
3
1
publika.az

2Sources