7NEWS.az xəbər verir ki, Fransada Bred Pittlə görüşdüyünə inanan qadın milyonçu ərindən boşanaraq xərçəng müalicəsi aldığını düşündüyü fırıldaqçıya minlərlə avro göndərib. 53 yaşlı interyer dizayneri Enn sosial şəbəkədə tanış olduğu və Bred Pitt olduğunu düşündüyü fırıldaqçıya 830 min avro verib. Saxta Brad Pitt Annadan xərçəng müalicəsi, gömrük rüsumu və dəbdəbəli hədiyyə xərcləri kimi bəhanələrlə yüz minlərlə avro tələb edib. Fransız qadının aldadıldığını başa düşməsi 8 ay çəkib. Aldadılan qurban hazırda ağır depressiyadan klinik müalicə alır. Bu hadisə Fransanın ən böyük sevgi saxtakarlığı kimi qeydə alınıb.