Livanda hökumətin yeni baş nazirinin adı məlum olub.
Modern.az xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsinin livanlı sədri Navaf Salam hökuməti qurmaq səlahiyyətinə sahiblənib.
Bu proses Livan prezidenti Jozef Aoun tərəfindən keçirilən məcburi parlament məsləhətləşmələri nəticəsində baş verib.
Navaf Salam 128 deputatdan 85-nin dəstəyini qazanaraq Aunun prezidentliyi dövründə hökuməti quran ilk şəxs olub.
Müvəqqəti baş nazir Necib Mikati cəmi 9 səs toplayıb. Bundan əlavə, bəzi bloklar, o cümlədən Müqavimətə Sadiqlik Bloku və Amal Hərəkatı hökumət başçısı üçün ad təklif etməyib.
Livan Konstitusiyasına əsasən, baş nazir postuna namizədlərin irəli sürülməsi prosesi Beyrutun şərqindəki Prezident sarayında keçirilir.