Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 21 milyard 338 milyon 832 min kub metr qaz halında təbii qaz ixrac edilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda ixracdan əldə olunan vəsaitin həcmi 6 milyard 848 milyon 514 min ABŞ dolları (11 milyard 642 milyon 473 min 800 manat) olub.
Bu dövrdə ən təbii qaz ən baha Yunanıstana (bir kub metr üçün orta qiymət 70 qəpik), ən ucuz isə Gürcüstana (bir kub metr üçün orta qiymət 16 qəpik) satılıb.
Azərbaycanın qaz halında təbii qaz etdiyi ölkələr və satılan məhsulun qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Təbii qaz, qaz halında | Miqdar (min kub metr) | Məbləğ (min ABŞ dolları) | Bir kub metr üçün orta qiymət |
Gürcüstan | 2 770 681,99 | 263 595,08 | 16 qəpik |
Serbiya | 35 352,33 | 12 984,04 | 62 qəpik |
Türkiyə | 8 148 414,28 | 2 506 687,53 | 52 qəpik |
Bolqarıstan | 1 552 124,71 | 497 122,26 | 54 qəpik |
İtaliya | 8 062 988,55 | 3 247 927,44 | 68 qəpik |
Yunanıstan | 769 271,03 | 320 198,57 | 70 qəpik |
Valyuta.az |
Əvəz Həsənov