EN

Lavrov: “Ermənistanla münasibətlər sadə deyil”

AzVision.az xəbər verir ki, 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair keçirdiyi mətbuat konfransında Ermənistanın ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalamaq qərarının suveren olduğunu və Moskvanın onun kiminlə əməkdaşlıq qurmasını İrəvana diktə etmədiyini deyib.
Bununla belə, Sergey Lavrov İrəvanı “bu məsələnin müsbət və mənfi tərəflərini ölçüb-biçməyə” çağırıb.

“Ermənistan hökumətinin istənilən beynəlxalq ittifaqa üzvlüklə bağlı qərar vermək hüququ var. Lakin o, müsbət və mənfi cəhətləri ölçüb-biçməli və nəticələrə görə məsuliyyət daşımalıdır. Ermənistan eyni vaxtda həm Avropa İttifaqının (Aİ), həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü ola bilməz”, - Rusiyua XİN-in rəhbəri vurğulayıb.

Lavrov, həmçinin Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın Rusiyaya dəvət olunduğunu vəonun səfərinin yaxın vaxtlarda baş tuta biləcəyinə ümid etdiyini bildirib.

"İrəvan Kremlin səbr kasasını daşırır"- Ermənistan mediası
Qeyd edək ki, son illər Rusiyanın patronajlığından çıxaraq Qərbdə özünə yeni ağalar tapması, Aİ-yə inteqrasiya kursunu seçməsi və hətta ABŞ-lə strateji tərəfdaşlıq müqaviləsi bağlamaq eşqinə düşməsi Moskvada ciddi narazılığa səbəb olur.

Sahil İsgəndərov
AzVision.az
Chosen
11
2
azvision.az

3Sources